7 əsgərin ölümü ilə nəticələnən hadisəni həmin əsgərlərdən biri törədib
15 Aprel 2011 Cümə 12:32
Bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralov məlumat verib
Azərbaycanda Müdafiə Nazirliyinin hərbi hissəsində 7 əsgərin ölümü ilə nəticələnən ağır cinayət hadisəsini həmin əsgərlərdən biri törədib. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov bildirib. Onun sözlərinə görə, bu, müxtəlif ekspertizalar nəticəsində məlum olub. Həmin hərbi hissənin komandiri isə məsuliyyətə cəlb edilib.

Hazırda əsgərin bu hadisəni hansı səbəbdən törətdiyi araşdırılır.

Xatırladaq ki, fevralın 20-də saat 9.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Hadisə zəminində Quliyev Naib Fəxrəddin oğlu (1992 Beyləqan RHK 04.2010), Cavadzadə Cavid Vəkil oğlu (1991 Mingəçevir RHK 01.2010), Suanverdiyev Nurlan Radfel oğlu (1991 Ağdam RHK 04.2010), Xocberov Ramazan Abdulla oğlu (1992 Balakən RHK 04.2010), Kərimov Əfqan Yaşar oğlu (1991 Balakən RHK 10.2009), Hüseynov Əhməd Əhmədalı oğlu (1992 Ağcabədi RHK 01.2010), Quliyev Zakir Etibar oğlu (1991 Yasamal RHK 01.2010) dünyalarını dəyişiblər.

Ağır cinayət hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb


DOSTLARINLA PAYLAŞ:

oyunlar