Liviya sahilləri yaxınlığında 600 nəfərə yaxın qaçqını dasıyan gəmi aşıb. ANS PRESS-in “Assosiated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaşqınların işi üzrə Komissiyası məlumat yayıb.
Gəminin aşmasına səbəb dənizin ortasında gəminin gövdəsinin iki yerə ayrılması olub. Bu hadisənin şahidləri həmin zaman gəminin yanından keçən və İtaliyaya doğru gedən miqrantlar olub. Onların sözlərinə görə, onlar dənizdə batmış insanların cəsədlərini görüblər.
Komissiya sədri Laura Boldrinin sözlərinə görə isə BMT nümayəndələri yoxa çıxmış insanların aqibətini öyrənməyə çalışırlar. O əlavə edib ki, Liviyadan qaçqın düşmüş insanlarla dolu daha 3 gəmi son bir neçə ay ərzində Liviyadan çıxsa da, İtaliya sahillərinə çata bilməyib.
600 nəfəri daşıyan gəmi aşdı
Hadisə Liviya sahilləri yaxınlığında baş verib




Şərhlər