Bu gün axşam saatlarında Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib. 6 yaşlı uşaq yaşadığı binanın həyətindəki kanalizasiya quyusuna düşərək boğulub ölüb.
Hadisə Binəqədi yolu, 4 saylı evtikmə kombinatına məxsus məcburi köçkünlər məskunlaşan yarımçıq tikilinin həyətində baş verib. Şahidlər bildirib ki, azyaşlı çirkab suların axdığı quyunun ətrafında oynayırmış. Bu zaman quyuda balıq olduğunu sanaraq əlini suya uzadıb, daha sonra isə dərinliyi 8-10 metrlik üstü açıq quyuya düşüb.
Yanındakı digər uşaqlar hadisə barədə valideynlərinə xəbər verib. Lakin artıq gec olub. Bir saatdan sonra sakinlər uşağın meyitini sudan çıxarıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib, araşdırmalara başlayıblar.
6 yaşlı uşaq kanalizasiya quyusunda boğulub
Bədbəxt hadisə Bakının Binəqədi rayonu ərazisində baş verib




Şərhlər