6 yaşlı uşaq 5 yaşlı bacısını güllələdi
19 Aprel 2011 Çərşənbə Axşamı 11:51
Hadisə Kürdəmir rayonunda fermada baş verib
Kürdəmir rayonunda aprelin 18-də bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə rayonun Muradxan kəndi yaxınlığında Ağsu rayon sakini Qabil Qəniyə məxsus fermer təsərrüfatlarında qeydə alınıb.
Ferma sahibinin 6 yaşlı oğlu Qadir ehtiyatsızlıq səbəbindən tüfəngdən atəş açıb. Nəticədə güllə onun 5 yaşlı bacısı Aynurəyə dəyib. Qızcığaz ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Faktla bağlı Kürdəmir RPŞ-da araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: