Rusiyanın Kalininqrad şəhərində birinci sinif şagirdi bədən tərbiyəsi dərsində keçinib. Faktla bağlı ilkin istintaq yoxlaması başlanıb. Hazırda cinayət işinin qaldırılması ilə bağlı məsələ həll olunur. Tez bir zamanda məhkəmə - tibbi ekspertiza təyin olunacaq.
Yerli hüquq - mühafizə orqanlarından verilən məlumata görə, uşaq bədənin isidilməsi hərəkətləri zamanı huşunu itirib. Həkimlər gələnədək müəllimlər şagirdə ilkin tibbi yardım göstərib. Lakin bunun heç bir köməyi olmayıb. ANSPRESS
6 yaşlı şagird idman dərsində öldü
Həkimlər gələnədək müəllimlər ona ilkin tibbi yardım göstərsə də, bunun heç bir köməyi olmayıb




Şərhlər