Dəm qazından 6 nəfər zəhərlənib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri “Yaşıldərə” bağlar sahəsindəki bağ evində yaşayanlar Lamiyə Hüseynova, onun bacısı Ayxan və qardaşı Turan, Sumqayıt şəhər sakini Çinarə İsayeva, Xırdalan şəhər sakini Rəna Rəcəbova dəm qazından zəhərlənib.
Bundan başqa, Kürdəxanı qəsəbə sakini Xəyalə Baxşıyeva mənzillərindən dəm qazından zəhərlənib.
Qeyd edək ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib.
6 nəfər qazdan zəhərləndi
Zəhərlənənlərdən 3-ü bir ailənin üzvləridir.




Şərhlər