6 nəfər qarpızdan zəhərlənib
02 Avqust 2011 Çərşənbə Axşamı 15:29
Zəhərlənənlərin hamısı bir ailənin üzvləri olublar
Yay mövsümü başlayandan bu günə qədər yüzə yaxın zəhərlənmə faktı qeydə alınıb ki, onların da bir qismi qarpızla qidalanma nəticəsində meydana gəlib. Odur ki, əhali qarpız alarkən diqqətli olmalıdır. Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev qarpızdan zəhərlənmə faktlarının çoxaldığını bildirib.
“Bu il qarpızdan zəhərlənənlərin sayı artıb. Ötən həftədə bir ailədən 6 nəfər qarpızdan zəhərlənmə ilə xəstəxanaya müraciət edib",- deyə o bildirib.
DOSTLARINLA PAYLAŞ: