6 ay ərzində Laçına 300-dən çox ailə köçürülüb
25 May 2011 Çərşənbə 21:43
Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti yürüdür
Son 6 ay ərzində işğal olunmuş Laçın rayonuna 300-dən artıq ailə qeyri-qanuni yolla köçürülüb. Bu rəqəmi Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi Ara Arutunyan “Hayastan” ümumdünya erməni forumu nümayəndələri ilə görüşündə açıqlayıb.
Görüşdə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistandan və digər ölkələrdən gətirilən ailələrin məskunlaşdırılması məsələsi müzakirə edilib. Ümumilikdə isə işğal olunmuş ərazilərə müxtəlif ölkələrdən köçürülənlərin sayı 17 mindən çoxdur.
DOSTLARINLA PAYLAŞ: