Sumqayıt şəhərində dəhşətli intihar olub. Şəhər Prokurorluğundan milli.az-a verilən məlumata görə, 52 yaşlı Namiq Məmmədov özünü yaşadığı binanın III mərtəbəsindən aşağı atıb.
Hadisə dekabrın 28-ə keçən gecə, saat 04 radələrində 5-ci mikrorayon, ev 5/9 ünvanında baş verib. N.Məmmədov aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.
Qeyd edək ki, onun özünə qəsd etməsinin səbəbləri açıqlanmır. Faktla bağlı araşdırma aparılır.
52 yaşlı Sumqayıt sakini özünü binadan atdı
Onun özünə qəsd etməsinin səbəbləri açıqlanmır.




Şərhlər