50 yaşlı kişi özünü asdı
03 May 2011 Çərşənbə Axşamı 17:31
Qusar rayonunda intihar hadisəsi baş verib
Dünən Qusar rayonunda intihar hadisəsi baş verib. Qusar prokurorluğunun müstəntiqi İsmayıl Ağayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Qusar şəhər sakini, 50 yaşlı Alik Seymur oğlu Səfərov yaşadığı evdə özünü elektrik naqili ilə asıb.
İlkin məlumatlara görə, intihar edən şəxs spirtli içkiyə meyilli adam olub. Meyit tibbi ekspertiza olunmaq üçün morqa aparılıb.
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb. İntiharın baş vermə səbəbinə tibbi ekspertizanın rəyi və aparılan istintaq tədbirləri nəticəsində aydınlıq gətiriləcək.
DOSTLARINLA PAYLAŞ: