5 yaşlı uşağı vuran sürücü qəza yerindən qaçdı
12 Sentyabr 2011 Bazar Ertəsi 05:26
Maşının vurduğu digər yaralı uşağın anasının isə vəziyyəti ağırdır
Ötən gecə paytaxtın Nərimanov payonunda iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Təbriz küçəsində baş verən qəza zamanı yolu keçmək istəyən 31 yaşlı Aynur Abdullayeva və onun 5 yaşlı oğlu naməlum avtomaşının zərbəsi ilə üzləşib. Qəzadan sonra azyaşlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmk mümkün olmayıb.
Bir saylı şəhər xəstəxanasından verilən məlumata görə, digər yaralının vəziyyəti ağır olaraq qalır. Avtoqəzadan sonra hadisə yerində piyadalara yardım göstərməyərək yayınan sürücünün axtarışları isə Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: