Azyaşlının gecə yatarkən yerini islatması doğma atasını və ögey aasını qəzəbləndirirmiş
Atası və analığı tərəfindən qətlə yetirilən 5 yaşlı
Sevinc Həsənovanın ölümünün səbəbi məlum olub. Sevincin qətli ilə bağlı işi aparan müstəntiqlərin ANS-ə verdiyi məlumata görə Sevincin ölümünün səbəi gecə yatarkən yerini islatması olub. Bu hal dəflərlə təkrarlandığından analığı Rəbiyyət Osmanovanın əsəbləşməsinə səbəb olub. Sonda isə 5 yaşlı Sevinc əvvəlcə analığı daha sonra isə doğma atası Şahlar Həsənov tərəfindən vəhşicəsinə döyülüb. Bədəninin müxtəlif nahiyyələrindən ağır xəsarətlər almış qızcığaz 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, bu hadisə ictimaiyyətdə geniş rezonansa səbəb olmuşdu. Cəmiyyətin qınağına tuş gəlmiş analığın jurnalistlərin körpəni niyə öldürmüsüz sualına cavabı isə xüsusilə hamının qəzəbinə səbəb olmuşdu.
Xatırladaq ki, əvvəlcə faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olması maddəsi ilə cinayət işi başlanmışdı. Daha sonra isə cinayət işi Bakı şəhər baş prokurorluğuna verilib. Müstəntiqlərin məlumatına görə 5 yaşlı Sevinc Həsənovanın qətli ilə bağlı cinayət işinin istintaqı iki həftəyə yekunlaşacaq.