Hadisə

5 yaşlı Sevinci qətlə yetirən valideynlərə hökm sabah oxunacaq

Analıq Rəbiyyət Osmanova son sözündə məhkəmənin qərarı ədalətli çıxarmalı olduğunu bildirib

· Xəbərçi
5 yaşlı Sevinci qətlə yetirən valideynlərə hökm sabah oxunacaq
Bakıda Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə 5 yaşlı Sevinci qətlə yetirən valideynləri - atası Şahlar Həsənov və analığı Rəbiyyət Osmanovaya bu gün hökm oxunucağı gözlənilsə də, proses sabaha qədər təxirə salınıb. Məhkumlara son söz verilsə də, prosesdə ata Şahlar Həsənovun vəkili danışıb. Atanın sabahkı prosesdə son söz deyəcəyi gözlənilir.

Analıq Rəbiyyət Osmanova isə son sözündə bildirib ki, məhkəmə qərarı ədalətli çıxarmalıdır. Çünki 5 yaşlı Sevinci o yox, atası döyərək öldürüb.

Xatırladaq ki, 5 yaşlı Sevinci bu ilin fevralın 26-da atası Şahlar Həsənov və analığı Rəbiyyət Osmanova döyərək öldürmüşdü. İttihamnaməyə əsasən, hər iki şəxs Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsinin bir neçə bəndi ilə ittiham olunub.

Şərhlər