5 yaşlı Sevinc yuxuda anasından yardım istəyib
07 Mart 2011 Bazar Ertəsi 02:16
Hal-hazırda özünü qınayan ananın övladından tək bir istəyi var, bağışlanmaq
Bir neçə gün əvvəl atası və ögey anası tərəfindən döyülərək vəhşicəsinə qətlə yetirilən Sevinc Həsənovanın doğma anası bu barədə məlumatı ANS-in efirindən öyrənib. Maşın bazarında süpürgəçilik etdiyini deyən Kəmalə Əliyeva həmçinin kafelərdən birində qab yuyan işlədiyini bildirir. İş vaxtı kafedə olan müştərilərin diqqətlə xəbərə baxdığını deyən Kəmalə Əliyeva maraq xatirinə baxdığı verilişdə körpəsinin ölüm xəbərini eşidib.

Qeyd edək ki, Kəmalə Əliyevanın Sevincdən böyük oğlu var. Elçin birinci Sevinc isə ikinci ərindən olub. Hər iki kişinin həyatında ikinci qadın olan Əliyevanın hər iki övladı da əlindən alınıb. Oğlu Elçin atasının himayəsində yaşasa da anası onun vəziyyətindən razıdır. Qızı Sevinci isə 2010-cu ilin dekabrın 31-dək özü saxlayıb. Daha sonra Sevinci keçmiş ərinin təkidi və hədəsi ilə müvəqqəti olaraq onun himayəsinə verib. “Gəlib məni evdə döydü və dedi ki, aparıb bir gün saxlayıb gətirəcəm. Mən də dedim ki, hər halda qaytaracaq. Apardı uşağımı. Uşağı bir iki günün içində o qədər öyrətmişdilər ki, uşağım gəldi başladı atasını istəməyə. Məni bıçaqlayırdı. Deyirdi atamı istəyirəm məni apar atamın yanına. Mən məcbur qaldım və atasına verdim. Dedim getsin baxsın ona. Day demədim ki, aparıb onun ölüsünü gətirsinlər üstümə”.

Sevincin atasının onlara yaxın bir ərazidə yaşadığını deyən Kəmalə xanımın sözlərinə görə, o, mütəmadi olaraq qızına baş çəkirmiş. Qızına baxılmasından da razı imiş. O, övladının taleyinin dəhşətli ölümlə nəticlənməsində özünü də təqsirli bilir. Deyir atanın aldığı təzə paltar və oyuncaqlar onları aldadıb. Ana qızının yuxuda ondan yardım istədiyini də bildirir: “3 gündür qızım yuxuma girirdi. Deyirdi “Gəl məni bunların əlindən qurtar”. Belə olacağını bilsəm çoxdan gələrdim ay qızım”.

Öldürülən Sevinc Həsənovanın analığı Rəbiyyə Osmanova isə öz cinayət əməli ilə fəxr edir: “Öldürmüşük cəzamızı çəkəcəyik kimə nə? Yaxşı eləmişəm”.

Ona yardım etməyə çalışan 1 saylı şəhər Klinik xəstəxanasınn həkimi Adil Hüseynov Sevincin son nəfəsindən danışıb: “Xəstə daxil olarkən obyektiv olaraq xəstənin təpə ənsə nahiyəsində böyük həcimli gematoma, üz boyun nahiyəsində döş qəfəsinin ön səthində qançırlar qeyd olunub. Xəstə reanimasiya şöbəsinə verildi və qısa müddətli renimasiyon tədbirlər görüldü müayinələr aparıldı və bunlara baxmayaraq xəstə aqinal vəziyyətdə olduğu uçün 20 dəqiqədən sonra ölüm baş verdi”.

Hal-hazırda özünü qınayan ananın övladından tək bir istəyi var, bağışlanmaq: “İstəyirəm balam məni bağılşlasın”.

Balaca Sevincdən geriyə qalan onun hələ doyunca geyinə bilmədiyi paltarları və sevərək doyunca oynada bilmədiyi gəlinciyidir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar