5 yaşlı qızını öldürən ögey ana: "Yaxşı eləmişəm"
02 Mart 2011 Çərşənbə 12:11
“Mən öldürmüşəm, cəzasını da özüm çəkəcəm…”.
Bakının Suraxanı rayonunda 5 yaşlı qızı - Sevinc Şahlar qızı Həsənovanı döyərək qətlə yetirən ata və ögey ana istintaqa ifadə verib. Xatırladaq ki, dəhşətli hadisə Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsi döngə 13, 9 saylı evdə baş verib.

ANS TV-nin məlumatına görə, faciə barədə məlumat alan Suraxanı rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal qızın aparıldığı xəstəxanaya yollanıblar. Əlini qızının qanına bulayan Şahlar Həsənov özünü itirmədən dərhal hüquq-mühafizə orqanlarının əməkdaşlarını aldatmaq istəyib. O, ərizə ilə müraciət edərək bildirib ki, qızı ekspertiza olunmasın. Çünki o, kreslodan yıxılaraq ölüb. Yəni bədbəxt hadisə nəticəsində...

Lakin Suraxan Rayon Prokurorluğunun istintaqçıları buna inanmayaraq ekspertiza təyin edib. Digər tərəfdən polis ailənın yaşadığı evə baxış keçirərkən Sevincin yatdığı çarpayının üzərində qanabənzər ləkələr olan balınc üzlüyü və bir ədəd döşəmə silən taxta aşkar edərək götürüblər.

Aparılan digər ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 26 fevral 2011-ci il tarixində axşam saat 22.00 radələrində Sevinc Həsənovanı valideynləri döyüb. Təkzibolunmaz sübutların qarşısında aciz qalan “ata” qızının başına açdığı dəhşətli faciəni etiraf edib.

Rayon Prokurorluğunun böyük müstəntiqi Məhərrəm Əzizbəyovun ANS-ə verdiyi məlumata görə, ekspertiza zamanı məlum olub ki, uşağın sifət nahiyəsində sağ yer olmayıb. Onun üzündəçoxsaylı sıyrıqlar və cızıqlar olub. Bundan başqa, Şahlar Həsənov istintaqa ifadəsində bildirib ki, qızı yıxılmayıb. Gecə yatarkən ağlayıb. O da buna hirslənərək qızının başına təpiklə zərbə endirib.

Sonradan məlum olub ki, sən demə, Sevincə ilk zərbələri analığı Rəbiyyət Osmanova vurub. Polis tərəfindən saxlanılan ögey ana ANS-in mikrofonuna əməlindən heç də peşman olmadığını bildirib: “Mən öldürmüşəm, cəzasını da özüm çəkəcəm. Yaxşı eləmişəm”.

Xatırladaq ki, bu, R.Osmanovanın ilk qətl əməli deyil. Belə ki, 2000-ci ildə ərini öldürdüyü üçün 7 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlığa çıxdıqdan sonra, yəni 2007-ci ildə həyat yoldaşından boşanan Ş.Həsənovla tanış olub, bir yerdə yaşayıblar. 2010-cu ildə isə Şahların keçmiş həyat yoldaşı, Kəmalə xanım qızı Sevincdən imtina edərək uşağı atasının himayəsinə verib. Elə o vaxtdan da qızcığaz ögey ana və doğma atası ilə yaşayırmış. Bülbülə qəsəbəsinə isə kirayədə yaşamaq üçün bu yaxınlarda köçüblərmiş.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda CM-nin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsizliqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar