5 uşaq anasını qətlə yetirən şəxs tutulub
27 Yanvar 2011 Cümə Axşamı 23:30
"Reket" qəzetlərinin birində çalışan Natiq Çələbiyev istintaqa təhvil verilib.
23 yanvar 2011-ci il tarixində saat 19 radələrində Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayan 60 yaşlı Süleymanzadə Sənubər Nadir qızını qətlə yetirən şəxs yaxalanıb. Abşeron rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mərhumun ögey qızının həyat yoldaşı, “reket” qəzetlərinin birinin əməkdaşı, 33 yaşlı Çələbiyev Natiq Maarif oğlu saxlanılaraq istintaqa təhvil verilib. Məlum olub ki, hadisə zamanı mərhum yaşadığı evdə tək olub. Qeyd edək ki, Süleymanzadə Sənubər 5 uşaq anası olub.

Abşeron rayon prokurorunun böyük köməkçisi Qumru Orucovanın sözlərinə görə, qətl tamah məqsədilə törədilib.

Natiq Çələbiyev istintaqa verdiyi ifadəsində qətli törətdiyini və mərhumun evindən pul və qızıl zinət əşyalarını götürdüyünü etiraf edib.

Araşdırmalar zamani məlum olub ki, Natiq Çələbiyev əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunaraq məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Natiq Çələbiyev barəsində Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5 tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar