5 il əvvəl qızını qətlə yetirən ata tutulub
27 İyul 2009 Bazar Ertəsi 15:35
24 yaşlı Diguşə Mahmudovanı atası əxlaqsızlıq etdiyinə görə boğub

 

Siyəzən rayonunda 5 il əvvəl törədilən qətlin üstü açılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qətl hadisəsi 2005-ci ilin dekabr ayının 28-də Qara Siyəzən kəndi ərazisində baş verib.

5 il əvəll baş vermiş hadisənin üstünü açmaqda Siyəzən rayon hüquq mühafizə orqanlarının əməkdaşlarına Mahmudovlar ailəsinin gəlini kömək edib.

Məlumata görə, qətlə yetirilən 24 yaşlı Dilguşə Mahmudova əxlaqsızlıqla məşğul olub. Belə ki, o nişanlı ola-ola başqa bir kişi ilə qeyri-qanuni bir yerdə yaşayıb. Bundan sonra nişanı qaytarılan D.Mahmudovadan ailə üzvləri üz döndəriblər.

24 yaşlı qadın bir müddət Naftalanda yaşayan bacısının evində yaşasa da, əməlindən geri qalmayıb. Bacısının davranışlarından razı qalmayan böyük bacı onu Naxçıvanda yaşayan qardaşının yanına göndərib. Lakin qardaş da bacısının davranışlarına dözə bilməyib.

Naxçıvandan qayıdan D.Mahmudovanı Bakıda 1945-ci il təvəllüdlü atası Vaqif Mahmudov qarşılayıb. Ata qızını birbaşa Qara Siyəzən kəndindəki atası Əlisoltana məxsus evə aparıb. Qızın əl ayağını bağlayan Vaqif Mahmudov onu boğaraq öldürüb. Meyidi isə həyətdəki ayaqyolu quyusuna atıb.

Polis əməkdaşları tərəfindən saxlanılan V.Mahmudov qızını öldürməsindən peşman olmadığını bildirib. «O mənim başımı yerə əyib. Məndə onun meyidini nəcisə atmışam».

Qeyd edək ki, saxlanılan Vaqif Mahmudov 1985-ci ildə məhkum edilib.

Aytəkin Alxaslı/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar