Hadisə

47 yaşlı şəxs yaşadığı evdə qətlə yetirilib

Qatilin kimliyi müəyyənləşdirilir

· Xəbərçi
47 yaşlı şəxs yaşadığı evdə qətlə yetirilib
Bakının Suraxanı rayonunuda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini 47 yaşlı Həsənov Ələkbər Sayiş oğlu yaşadığı evdə naməlum şəxs və yaxud şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

Hadisəni törədən şəxs qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər