44 yaşlı Balakən sakini donvurmadan ölüb
07 Mart 2012 Çərşənbə 09:55
Onun tüfeyli həyat sürdüyü bildirilir.
Balakən rayonunda küçədə 44 yaşlı kişi meyiti tapılıb. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə rayonun Qabaqçöl qəsəbəsi, Xalatala kəndində küçədə tapılan meyit donmuş vəziyyətdə olub. Araşdırma zamanı məlum olub ki, tapılmış şəxs Xalatala kənd sakini, 1968-ci il təvəllüdlü Dibirov İsmayıl Həybullah oğludur. İ. Dibirovun tüfeyli həyat sürdüyü deyilir. O, içkili vəziyyətdə yaşadığı evə qayıdarkən yolda yıxılıb. Şaxtalı havada sərxoş halda küçədə qalan İsmayıl Dibirov donvurmadan ölüb. Onun üzərində içki şüşəsi də aşkarlanıb.

Qeyd edək ki, faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar