42 yaşlı Şabran sakini özünü ağacdan asdı
28 Dekabr 2011 Çərşənbə 17:58
Onun intihar etdiyi dəqiqləşib.
Şabran rayonunun Xəlilli kəndində intihar hadisəsi olub. Bu barədə Şabran rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəisi Məmmədmusa Hüseynov ANS PRESS-in bölgə müxbirinə məlumat verib.

Belə ki, 42 yaşlı Xəlilli kənd sakini Vahid Abdulla oğlu Səlimovun yaşadığı evin həyətindəki ağacdan asılmış meyidini ailə üzvləri tapıb. Dərhal hadisə yerinə rayon polis və rayon prokurorluq əməkdaşları gəlib. Meyit tibbi ekspertizadan keçirilib və onun intihar etdiyi dəqiqləşib. Hazırda intiharın səbəbləri aydınlaşdırılır. Deyilənlərə görə, Vahid Səlimov əsəb xəstəsi olub.

Qeyd edək ki, faktla bağlı Şabran rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar