Hadisə

4 yaşlı qızı zorlayan Neqodyaev yaxalanıb

4 yaşlı qızı zorlayan Neqodyaev yaxalanıb. Faktla bağlı cinayət işi qaldırılıb.

· Xəbərçi
4 yaşlı qızı zorlayan Neqodyaev yaxalanıb
Sankt-Peterburqda dörd yaşlı qızı zorlamaqda şübhəli bilinən Neqodyayev familiyalı kişi yaxalanıb. Bu barədə şəhərin Daxili İşlər Baş İdarəsindən məlumat verilib.

“Babuşkina küçəsində yerləşən evdə 2005-ci il təvəllüdlü qıza qarşı törədilən seksual mahiyyətli zorakılıq hərəkətləri və zorlamada şübhəli bilinən Gennadi Neqodyaev yaxalanıb”, -deyə mənbə bildirib.

Məlumatda bildirilir ki, 54 yaşlı Neqodyaev işsizdir və sözügedən mənzildə yaşayır.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 131 və 132 maddələri üzrə cinayət işi qaldırılıb. ANSPRESS

Şərhlər