4-cü mərtəbədən yıxılan qadın sağ qalıb
07 Fevral 2011 Bazar Ertəsi 15:00
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağırdır
Bakı sakini 9 mərtəbəbli binanın 4-cü mərtəbəsindən yıxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə fevralın 6-da Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "AB" yaşayış sahəsində baş verib.

Orada yaşayan ruhi xəstə Səadət Cabbarova yaşadığı 9 mərtəbəli evin 4-cü mərtəbəsindəki blokun pəncərəsindən yıxılaraq xəsarət alıb. S.Cabbarova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar