32 yaşlı kişi 3 övladını atasız qoydu
06 Fevral 2015 Cümə 12:06
Ötən gün İsmayıllı rayonunda ağacdan asılmış kişi meyiti tapılıb.
Ötən gün İsmayıllı rayonunda ağacdan asılmış kişi meyiti tapılıb.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə axşam saatlarında rayonun Gəraybəyli kəndində qeydə alınıb.

Hadisə barədə məlumat daxil olan kimi qeyd olunan ünvana hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, asılan şəxs 1982-ci il təvəllüdlü Bəxtiyar Azad oğlu Şərifovdur.

Onun evli və 3 uşaq atası olduğu bildirilir. Deyilənlərə görə, o, vərəm xəstəsidir. Onların maddi durumlarının da zəif olduğu deyilir.

Bəxtiyar Şərifovun intihar etməsinin dəqiq səbəbləri bilinmir. Lakin ehtimal olunur ki, o, xəstəlik səbəbindən özünü öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar