31 yaşlı oğlan özünü həbsxanada öldürdü
09 Sentyabr 2011 Cümə 10:31
O, tibb məntəqəsindəki pəncərənin dəmirindən ip keçirərək özünü asıb
Sentyabrın 9-da saat 04 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisindəki 11 saylı Cəzaçəkmə Müəssisəsində 1980-ci il təvəllüdlü Şabanov Nurlan Şıxəli oğlu özünü öldürüb. O, müəssisənin tibb məntəqəsindəki pəncərənin dəmirindən ip keçirərək özünü asıb.
Qeyd edək ki, 31 yaşı olmasına baxmayaraq N.Şabanov 5-ci dəfə məhkumluq həyatı yaşayırmış. Sonuncu dəfə Suraxanı rayon Məhkəməsi tərəfindən 2 il 3 ay müddətə azadlıqdan məhrum edilən N.Şabanov iyulun 28-də 11 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilibmiş.
DOSTLARINLA PAYLAŞ: