Hadisə

3 rayonda qaz olmayacaq

Sabirabad, Saatlı və İmişli rayonlarına "mavi yanacağın" verilişində fasilələr yaranacaq

· Xəbərçi
3 rayonda qaz olmayacaq
Sabirabad, Saatlı və İmişli rayonlarına “mavi yanacağın” verilişində fasilələr yaranacaq. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 15-də saat 09:00-dan etibarən “Azadkənd-İmişli” magistral qaz kəmərinin diametri 530 mm-lik yerüstü hissəsinin 10-cu km-də təmir işləri aparılacaq.

Təmir müddətində Sabirabad, Saatlı və İmişli rayonlarına “mavi yanacağın” verilişində fasilələr yaranacaq.

Şərhlər