Hadisə

28 yaşlı Balaxanı sakini bıçaqlanıb

Yaralı polisə verdiyi ifadədə yıxıldığını deyib

· Xəbərçi
28 yaşlı Balaxanı sakini bıçaqlanıb
Ötən gecə Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan 28 yaşlı Zahid Hüseynov ağır vəziyyətdə xətəxanaya çatdırılıb. Xəstəxana həkimi Əsgər İmamverdiyev zərərçəkmişin hər iki budun kəsilmiş yarası diaqnozu ilə daxil olduğunu, yaraların tikildiyini, yaralının müalicəsinin davam etdiyini bildirib.

Hadisə barədə məlumat daxil olan kimi Sabunçu rayon polis idarəsinin əməkdaşları araşdırmalara başlayıb.

Zərərçəkmiş isə bədənində olan kəsiklərin bıçaq yarası olmadığını iddia edib. Hüseynov polislərə Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşadığı evdə iş görən zaman yıxıldığını və bu zaman bədəninin müxtəlif nahiyyələrini şüşə kəsdiyini bildirib.

Şərhlər