27 yaşlı qadın müəmmalı şəkildə xəsarət alıb
04 Noyabr 2009 Çərşənbə 11:25
Qohumları Humay Məmmədovanın evdə təmizlik işi apararkən yıxıldığını iddia edirlər
Bakı şəhərində 27 yaşlı qadın müəmmalı şəkildə xəsarət alıb.

Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına gətirilən Humay Məmmədov dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı qadının döş qəfəsinin sol yarısında təxminən 8-9 millimetr enliyində yaranın olduğu müəyyən edilib.
Yaralının yaxınlarının bildirdiyinə görə, H.Məmmədova yaşadığı Binəqədi rayonu, Yəhya Hüseynov ev 3, mənzil 8-də təmizlik işi apararkən yıxılıb və məişət əşyası ilə özünü zədələyib.

Fakla əlaqədar Binəqədi rayon Polis İdarəsinin 6-ci polis bölməsinin əməkdaşları tərəfindən təhqiqat araşdırmaları başlanıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar