27 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb
25 Yanvar 2012 Çərşənbə 06:51
Vəziyyəti ağır olan yaralının həyatını xilas etmək mümkün olub.
Ötən gecə Binəqədi rayonu 8-ci mikrorayon ərazisində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 27 yaşlı Babayev Rəşad Əli oğlu daxilə nüfuz edən bir bıçaq yarası ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya gətirilərkən çoxlu qan itirən yaralı dərhal cərrahi əməliyyat otağına qaldırılıb. Əməliyyatdan sonra Rəşad Babayevin həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, yaralının huşu özündə olmadığından polislər hadisə ilə bağlı onun izahatını ala bilməyiblər. Bu səbəbdən də qanlı hadisənin təfərrüatları və dəqiq baş vermə ünvanı hələlik məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: