25 barmaqlı körpə
05 Avqust 2011 Cümə 15:39
Körpənin sol əlində 7, sağda 6, hər iki ayağında isə 6 barmağı var
İraqda qeyri-adi hadisə baş verib. Səlahəttin əyalətinə aid Tuzhurmatu rayonunda dünyaya gələn Ula Muhammed Halit adı körpənin iki əl və iki ayağında ümumilikdə 25 barmağı var.
Əyalətin həkimləri uşağı müayinədən keçirdikdən sonra körpənin tam sağlam olduğunu bildiriblər: “Tuzhurmatu əyalətində bu, ilk belə hal hesab edilir, lakin dünya bu cür körpələrin sayı çoxdur”.

Həkimlərin sözlərinə görə, 25 barmaqlı körpənin vəziyyəti yaxşıdır və bədənin qalan hissələri normal inkişaf edib. Bundan başqa, gələcəkdə körpənin artıq barmaqlarının cərahiyyə yolla əməliyyat olunacağı da qeyd edilib.

Qeyd edək ki, qız uşağı olan Ula Muhammed Halitin sol əlində 7, sağ əlində 6 və hər iki ayağında 6 barmağı var.
Körpənin babası isə nəvəsinin 25 barmağının olmasına təəccüblənmədiyini deyib. Onun sözlərinə görə, bu, onların nəslində genetik bir haldır və nəslində çoxsaylı barmağa malik uşaqları çoxdan var.





DOSTLARINLA PAYLAŞ:

oyunlar