Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, 24 yaşlı Həsən İsrafilov Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən aparılan əməliyyat nəticəsində H.İsrafilovun cəsədi batdığı yerdən 500-600 metr aralıda suda tapılaraq çıxarılıb və aidiyyati üzrə təhvil verilib. ANSPRESS
24 yaşlı gənc Qarabağ kanalında batdı
24 yaşlı gənc Qarabağ kanalında batdı. Onun meyiti batdığı yerdən 600 metr aralıdan tapılıb.




Şərhlər