Hadisə

23 yaşlı telefon “xuliqanı”nın kimliyi müəyyən edilib

O, metroya bomba qoyulması barədə məlumat verib.

· Xəbərçi
23 yaşlı telefon “xuliqanı”nın kimliyi müəyyən edilib
Ötən gün DİN-in "102" zəng mərkəzinə yalan məlumat verəçn Bakı sakini müəyyənləşdirilib. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 25-də saat 18.47-də, naməlum şəxs DİN-in "102" Zəng Mərkəzinə zəng edərək "metronun hansınasa bomba qoyulub" deyərək dəstəyi asıb.

DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən dərhal əməliyyat tədbirlərinə başlanılıb. Aparılmış araşdımalar zamanı məlumat təstiqini tapmamış, zəng edən şəxsin Bakı şəhər sakini, 23 yaşlı Taleh Aşurov olması müəyyən edilib. ANSPRESS

Şərhlər