22 yaşlı gənc namus üstündə bibisini qətlə yetirib
09 İyun 2009 Çərşənbə Axşamı 10:15
Zeynal Abdulayev bibisini rezin boru ilə boğub

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, saat 23.30 radələrində 22 yaşlı Bakı şəhər sakini Zeynal Abdullayev qısqanclıq zəminində Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsi, Dongə 3, ev 1-də yaşayan 41 yaşlı bibisi İradə Abdullayevanı qaz şlanqı ilə boğaraq öldürüb. Sonra Z. Abdullayev könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olub.
Zeynal Abdullayev istintaqa ilkin ifadəsində bibisini pis yola düşdüyünə görə öldürdüyünü deyib. Onun sözlərinə görə, hətta hadisə baş verən gün də bibisini evdə tanımadığı kişi ilə tutub.  
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar