21 yaşlı şəxs naməlum şəraitdə bıçaqlanıb
11 Yanvar 2012 Çərşənbə 06:39
Zərərçəkmişin kim tərəfindən bıçaqlandığının müəyyənləşməsi istiqamətində axtarışlar davam etdirilir.
Ötən gecə paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. Metronun Gənclik stasiyasının yaxınlığında qeydə alınan hadisə zamanı 21 yaşlı Mustafayev Tərlan Ağa oğlu bıçaq xəsarəti alıb. Naməlum şəraitdə yaralanan Tərlan Mustafayev hadisədən sonra vaxtında özünü bir saylı şəhər xəstəxanasına çatdıra bilib. Dərhal əməliyyat otağına çatdırılan Tərlanın müayinəsi zamanı onun qarın boşluğdan bir bıçaq yarası aldığı müəyyən edilib.

Faktla bağlı barədə məlumat daxil olan kimi Nərimanov rayon polis idarəsi və 16-cı polis bölməsini əməkdaşları hadisə yerinə yollanıblar. Artıq idarənin əməliyyat istintaq qrupu zərərçəkən Tərlan Mustafayevin izahatını alıb. Tərlanın hansı şaraitdə və kim tərəfindən bıçaqlandığını müəyyən etmək istiqamətində isə axtarışlar davam etdirilir.

Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar