2010-cu ildə Gəncədə 515 cinayət hadisəsi qeydə alınıb
13 Noyabr 2010 Şənbə 03:40
Şəhərdə oğurluqla məşğul olan iki cinayətkar dəstə ifşa edilib.
Gəncə polisi 10 aylıq hesabatını açıqlayıb. Hesabatda bildirilib ki, ötən dövr ərzində əsasən cinayətkarlığa qarşı mübarizə, axtarışda olanların tutulması, narkomaniyaya qarşı mübarizə sahəsində daha önəmli faktlar aşkarlanıb. Hesabatda deyilir ki, aparılan qabaqlayıcı profilaktik tədbirlər, cinayətkarlığa qarşı mübarizə bu sahədə ümumi dinamikanın artmasında öz müsbət təsirini göstərib. Hesabatda çıxış edən Gəncə şəhər Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev bildirib ki, 2010-cu ilin 10 ayı ərzində 515 cinayət faktı müxtəlif növlər üzrə cinayət faktı qeydə alınıb: “Bu cinayət faktları ötən ilə nisbətən 44 fakt azalıb və cinayətlətin açılması 96 faiz təşkil edib. Oğurluğa qarşı apardığımız mübarizə öz müsbət nəticəsini verib, son illərdə ən yüksək göstəricilərdən olan 10 ay ərzində cəmi 32 oğurluq hadisəsi qeydə alınıb”.

İlqar Balakişiyev onu da bildirib ki, bu il 76 kq-dan çox qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Həmçinin 19,5 qr heroin, 35,3 qr həşiş, 130 kq-dan artıq yaş halda marixuana aşkar olunub və məhv edilib. Göstərilən faktla bağlı 80-dən artıq cinayət halı aşkar olunaraq iş qaldırılıb.

Hesabat zamanı bildirildi ki, ilin əvvəlindən müxtəlif cinayətlər törətmiş və istintaqdan yayınan 157 nəfər Gəncə şəhər Polis İdarəsi tərəfindən axtarışda olub, bunlardan 110 nəfəri tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib. Şəhərdə baş vermiş oğurluq faktlarında isə 2 cinayətkar dəstə yaxalanıb və 4 nəfərdən ibarət olan dəstənin üzvləri tərəfindən 12 cinayət faktının, 7 nəfərdən ibarət digər cinayətkar dəstənin üzvlərinin isə 13 cinayət faktını törətdiyi məlum olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar