20 yaşlı qız ekskavatorun təkərləri altında qalıb
25 May 2009 Bazar Ertəsi 17:25
Lalə Şeydayeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib

Bakının Nizami rayonu ərazisində 20 yaşlı qız ekskavatorun təkərləri altında qalıb. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saat 15.00 radələrində Babək prospekti 75-də körpü tikintisində işləyən, 29 yaşlı Zaur Yusifəliyevin idarə etdiyi Gəncə Körpü Tikinti Trestinə məxsus ekskavator 20 yaşlı Lalə Şeydayevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət iş başlanıb, araşdırma aparılır.

Anar Məmmədov /ANS PRESS/.



DOSTLARINLA PAYLAŞ:

oyunlar