Hadisə

2 yaşlı uşaq valideynlərinin gözü qarşında həyatını itirdi

Nərimanov rayonunda azyaşlı binanın 7-ci mərtəbədən yerə düşüb.

· Xəbərçi
2 yaşlı uşaq valideynlərinin gözü qarşında həyatını itirdi
Bakının Nərimanov rayonunda azyaşlı uşaq faciəvi şəkildə ölüb. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, 2 yaşlı Tural Niftiyev valideynlərinin gözü qarşısında binanın 7-ci mərtəbədən yerə düşüb. Dəhşətli hadisə Koroğlu Rəhimov küçəsi, bina 1-də baş verib. Valideynləri ilə binanın liftinə minən T.Niftiyev qəflətən qapının açılması nəticəsində 7-ci mərtəbədən şaxtaya düşüb. Azyaşlı aldığı xəsarətdən yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər