Metronun “Sahil” stansiyasında intihara cəhd olub. Bakı Metropolitenində Polis Şöbəsindən ANS PRESS-ə verilən məıluimata görə, iyulun 12-də saat 14.00 radələrində 19 yaşlı Tural Köçərli özünü “İçəri Şəhər”- “Həzi Aslanov” stansiyaları istiqamətində hərəkət edən qatarın altına atıb. Qatarın altından ağır xəsarətlərlə çıxarılan T. Köçərli 1 saylı Şəhər Xəstəxanasına aparılıb. O, hazırda reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı təhqiqat araşdırması aparılır. Təhqiqat araşdırmalarından sonra hadisənin başvermə səbəbləri məlum olacaq.
Anar Məmmədov /ANS PRESS/