188 ağır və xüsusilə ağır cinayətin üstü açılıb
06 Avqust 2010 Cümə 23:25
Bu barədə baş prokuror Zakir Qaralov məlumat verib.
2010-cu ilin birinci yarısında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurmalar 2,3% faiz, adam oğurluğu 42,9%, zorlamalar 2,6 dəfə, soyğunçuluq 26,3%, quldurluq 14,8%, hədə-qorxu ilə tələb etmələr 33,3%, xuliqanlıq 3,2%, xarici vətəndaşlara qarşı törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Bu barədə baş prokuror Zakir Qaralov bu gün keçirilən əməliyyat müşavirəsində məlumat verib.

O, hesabat dövrü ərzində ölkədə adamların girov götürülməsi kimi cinayətlərin, ümumiyyətlə qeydə alınmadığını, törədilmiş 11 375 cinayətin təxminən 87,3% açılması təmin edildiyi qeyd edib. Həmçinin 391 ağır və xüsusilə ağır cinayətlər, o cümlədən 12 qəsdən adam öldürmə, 3 adam oğurluğu və çoxsaylı quldurluq və soyğunçuluq cinayətləri törətmiş 383 nəfəri birləşdirən 110 mütəşəkkil cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Həyata keçirilmiş səmərəli istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, keçmiş illərdən bağlı qalan 188 ağır və xüsusilə ağır cinayətin, o cümlədən 2007-ci və 2008-ci illərdə Qaradağ rayonu ərazisində X.Cəfərov və O.Nəcəfovun, 2009-cu ilin yanvarında Nizami rayonunda P.Həmidovun, 2009-cu ilin sentyabrında Quba rayonunda R.Həsənovun, 2009-cu ilin dekabrında Füzuli rayonunda Ə.Əliyevin qəsdən öldürülməsi ilə bağlı cinayətlərin açılması təmin olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar