Hadisə

180 nəfər azərbaycanlı Moskvada qalıb

Onları gətirmək üçün Bakıdan Rusiya paytaxtına təyyarə yola düşüb

· Xəbərçi
180 nəfər azərbaycanlı Moskvada qalıb
Şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar olaraq Moskvanın hava limanlarında azı 30 min sərnişin öz uçuş saatını gözləyir. Onların arasında azərbaycanlı sərnişinlər də var. Təkcə "Domodedovo" hava limanında 180 nəfər azərbaycanlı bu aqibətlə üzləşib.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli ANS-ə bildirib ki, həmin sərnişinləri gətirmək üçün Bakıdan Moskvaya təyyarə yola düşüb. Buna qədər isə artiq Moskva-Bakı marşrutu ilə iki təyyarə reysi həyata keçirilib.

Şərhlər