15 yaşlı yeniyetmə nişanlısına 22 bıçaq zərbəsi vurdu
11 Mart 2011 Cümə 13:11
Hadisə 8 mart günü baş verib
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Nəsimikənd kənd sakini, 15 yaşlı 10-cu sinif şagirdi Çingiz Şakir oğlu Əliyev öz nişanlısını, Bağbanlar kənd sakini 15 yaşlı 9-cu sinif şagirdi Kəklik Rasim qızı Mehdiyevi bıçaqlayıb. Nişanlılar arasında məişət zəmnində düşən mübahisə nəticəsində Çingiz Kəkliyə nə az nə çox, düz 25 bıçaq zərbəsi vurub. Yaralı Mehdiyeva dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin təcili müdaxiləsi onu ölümün pəncəsindən qurtara bilib. Amma vəziyyəti hələ ki reanimasiya şöbəsində olmaqla ağır olaraq qalır.
Hadisə isə belə baş verib. 3 gün bundan qabaq xanımların ildə bir dəfə qeyd etdiyi bayram günü, yəni martın 8-də təbrik üçün valideynlərini də götürüb Kəklikgilə qonaq gedən Çingiz əməlli başlı məyus olub. Əliyev nişanlısının mobil telefonunda tanımadığı oğlanların şəklini gördükdən sonra özündən çıxaraq Kəkliyin üstünə şığıyıb. Və ona 22 bıcaq zərbəsi vurub.
C.Əliyev şübhəli şəxs qismində saxlanılıb. Baş vermiş qanlı hadisəylə bağlı Prokurorluqda istintaq davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: