15 yaşlı qızı iki ildir hədələyərək zorlayıblar
12 Dekabr 2009 Şənbə 00:25
Zərərçəkmiş iki qonşusu tərəfindən zorlandığını, bu təcavüzün hədə-qorxu yoluyla iki ildir davam etdiyini bildirib
Türkiyə Adana vilayətinin Kozan rayonunda 15 yaşlı qızı iki ildir zorlayan 2 nəfər həbs olunub. ANS PRESS “Milliyet” qəzetinə istinadən xəbər verir ki, polis 15 yaşlı bir qızın fahişəliklə məşğul olduğunu xəbər alıb və keçirdiyi əməliyyatla onu nəzatrətə götürüb. Polisə ifadə verən 15 yaşlı Ş.K. iki il əvvəl 18 və 19 yaşlı iki qonşusu tərəfindən zorlandığını, bu təcavüzün hədə-qorxu yoluyla iki ildir davam etdiyini bildirib. Kozan polis şöbəsinin əməkdaşları tərəfindən ələ keçirilən şübhəlilər həbs olunub. Xəstə atasıyla birlikdə yaşayan Ş.K. isə Adana uşaq evinə təhvil veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: