14 saylı cəzaçəkmə müəssisəsində ölüm
27 Yanvar 2011 Cümə Axşamı 20:40
38 yaşlı məhbus dünyasını dəyişib.
Bu gün Bakıdakı 14 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, müəssisəsində cəza çəkən 1973-cü il təvəllüdlü Bünyadov Habil İnqilab oğlu ölüb. Onun halı qəfildən pisləşib və müəssisənin tibb məntəqəsinə gətirilib. Burada isə 38 yaşlı məhbus dünyasını dəyişib. İlkin ehtimala görə, H.Bünyadov infarktdan ölüb.

Hadisə ilə bağlı ekspertiza təyin olunub və ekspertin rəyindən sonra ölüm hadisəsinin konkret səbəbi məlum olacaq.

Məlumatda o da bildirilir ki, H.Bünyadov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə həbs edilib. Ona 6 il müddətində azadlıqdan məhrumetmə cəzası verilib.

Beyləqan rayonu Yuxarı Kəbirli kənd sakini H.Bünyadov 2005-ci ildən məhkumluq həyatı yaşayıb, onun azadlığa çıxmasına bir neçə ay qalıbmış.

Faktla bağlı araşdırma başlanılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar