Hadisə

12yaşlı qız dəm qazından boğuldu

Hadisə hamam otağında baş verib

· Xəbərçi
12yaşlı qız dəm qazından boğuldu
Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, ötən gün saat 18 radələrində rayonun Motodrom yaşayış sahəsi ev 51 ünvanında yaşayan 12 yaşlı Təhminə Seymur qızı Babaşova hamamda olarkən dəm qazından boğlularaq ölüb.

Onun meyiti ailəsi tərəfindən tapılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər