Hadisə

12 yaşlı uşaq oyuncaq tapança ilə mağaza yarıb

Hadisə Birləşmiş Ştatlarda baş verib

· Xəbərçi
12 yaşlı uşaq oyuncaq tapança ilə mağaza yarıb
ABŞ-ın Florida ştatından olan 12 yaşlı oğlan uşağı oyuncaq tapança ilə "silahlanaraq" mağaza yardığına görə polis tərəfindən saxlanılıb.

Uolton dairəsinin Polis İdarəsinin məlumatına görə, uşaq cümə axşamı yerli mağazalardan birinə daxil olaraq satıcıya tapança ilə hədə-qorxu gəlib və kassa apparatından pulları tələb edib. Pulları aldıqdan sonra isə çox sağol deyərək hadisə yerindən uzaqlaşıb.

Yolla qaçarkən isə onu patrul polisi qarşılayıb. 12 yaşlı uşağın üstünə baxış zamanı pul və oyuncaq tapança aşkar edilib. Polis tərəfindən dindirilən uşaq daha sonra Yetkinlik yaşına çatmayanlarla iş üzrə Mərkəzin əməkdaşlarına təhvil verilib. ANSPRESS

Şərhlər