Kafeyə bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs telefonla Fövqəladə Hallar Nazirliyinin “112” Xidmətinə zəng edərək kafeyə bomba qoyulması barədə məlumat verib. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb. Müvafiq tədbirlər nəticəsində məlumat öz təsdiqini tapmayıb.
Araşdırmalar zamanı telefonun Qobustan rayonunun Təklə kənd sakini Ənvər Həmidova məxsus olması və zəngin onun 12 yaşlı qızı tərəfindən edilməsi müəyyən edilib.
Faktla bağlı hazırda araşdırma aparılır. ANSPRESS
12 yaşlı qız polisi ayağa qaldırdı
Azyaşlı kafeyə bomba qoyulması barədə yalan məlumat verib




Şərhlər