11 yaşlı uşaq bomba həyəcanı yaratdı
07 Avqust 2010 Şənbə 15:00
"112" xidmətinə 20 yanvar küçəsində bomba olması barədə məlumat daxil olub.
Bakıda daha bir bomba həyəcanı yaşanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, ötən gün saat 20.05-də naməlum şəxs mobil telefonla Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək "20 Yanvar küçəsində bomba var" deyərək telefonu söndürüb. Məlumat dərhal DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb.
Müvafiq tədbirlər görülsədə məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı yalan məlumatın Tərtər rayonunun Dəmirçilər kənd sakini 11 yaşlı M.Ə. tərəfindən verilməsi müəyyən edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: