11 yaşlı qıza kəlbətinlə işgəncə veriblər
22 Fevral 2010 Bazar Ertəsi 02:50
Zərərçəkmişin bədənində paltar asılqanı, süpürgə, elektrik naqili və kəlbətin istifadə olunaraq meydana gələn yaralar aşkarlanıb
Kamboçyada bir ailə evlərinə xidmıtçi kimi aldıqları 11 yaşlı qıza işgəncə verdikləri üçün həbsə məhkum olunublar. Məhkəmə müəllim olan 40 yaşlı qadın və təhsil nazirliyindən pensiyaya çıxmış 62 yaşlı ər barəsində işgəncə və insan ticarəti cinayətləri ilə 10 həbs qərarı verib. Məhkəmə-tibb ekspertizası zərərçəkmişin bədənində paltar asılqanı, süpürgə, elektrik naqili və kəlbətin istifadə olunaraq meydana gələn yaralar müəyyən edib. Məlumata görə, cütlük anası və atası vəfat edən azyaşlını qohumlarından 400 dollara alıb. Məhkəmə 11 yaşlı qızı satan qohumu barəsində də insan ticarəti cinayəti ilə 5 il həbs qərarı verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar