11 qadın qatilinə ölüm hökmü oxundu
13 Avqust 2011 Şənbə 10:22
Entoni Souel ölümcül iynə ilə edam olunacaq
Dünən ABŞ məhkəməsi Klivlendli manyak qatilə ölüm hökmü oxuyub. Keçmiş dəniz piyada qoşunlarının əsgəri Entoni Souelin 11 qadını xüsusi amansızlıqla qətlə yetirməsi məhkəmə prosesi zamanı sübuta yetirilib Hakim müdafiə tərəfinin “Souelin uşağlıq illərinin ağır keçdiyi” və “onun yalnız yüngül təbiətli qadınları” öldürdüyü barədə arqumentlərini rədd edərək, onun ölümcül iynə ilə edam olunacağına dair qərar verib.

Məhkəmə gedişi zamanı Souel öldürdüyü qadınların yaxınlarının üzünə bir dəfə olsun baxmayıb və məhkəmənin verdiyi son ifadədən imtina edib.

Qeyd edək ki, Souel 2009-cu ildə polisin evində apardığı axtarışlar zamanı zirzəmidə və həyətdə basdırılmış meyit hissələri aşkar olunduqdan sonra həbs edilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar