Rusiya milisi Moskvanın şimal-qərbində zorlamada şübhəli bilinən şəxsi saxlayıb. O, bir qızı qarət etmək istəyən zaman yaxalanıb. Bu barədə paytaxtın Daxili İşlər Baş İdarəsindən məlumat verilib.
“Milis işçiləri Pokrovskoye-Streşnevo rayonunda törədilən cinayət yerində 1982-ci il təvəllüdlü başkiriyalını yaxalayıblar. İstinqat tədbirləri zamanı şübhəli şəxsin həm şimal-qərb dairəsi, həm də Moskvanın digər dairələrində 11 zorlama, silsilə oğurluq və soyğunçuluqda iştirakı müəyyən edilib”, - deyə mənbə bildirib. ANSPRESS
11 nəfəri zorlayan şəxs yaxalanıb
11 nəfəri zorlayan şəxs həmçinin oğurluq və soyğunçuluqda ittiham olunur




Şərhlər