Çinin şərqində yerləşən Szyansi əyalətinin sürətli avtomagistralında 10 nəfərin ölümü və 19 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Belə ki, 100 maşın bir anda bir-biri ilə toqquşub.
Görünməmiş qəza bazar ertəsi səhər Poyan çayı üzərindən Szyuszyan və Tszindeçjen şəhərlərini birləşdirən körpünün müxtəlif yerlərində baş verib. Yol-nəqliyyat hadisələrinin baş verməsinə yolun buz bağlaması və havanın dumanlı olması səbəb olub.
Hadisə yerində xilasedicilər işləyir. Ölən və yaralananların dəqiq sayı müəyyənləşdirilir. ANSPRESS
100 maşın bir anda bir-biri ilə toqquşub
100 maşın bir anda bir-biri ilə toqquşub. Nəticədə 10 nəfər həlak olub.




Şərhlər